Doktorant və dissertantlar informatika fənnindən distant formada imtahan veriblər

Doktorant və dissertantlar informatika fənnindən distant formada imtahan veriblər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) iyunun 21-dən respublika üzrə doktorant və dissertantların informatika fənnindən doktorluq imtahanlarına başlanılıb.
TİM-də bu imtahanlara hazırlıq məqsədilə təşkil olunmuş kurslarda tədris proqramına uyğun olaraq zəruri biliklər və praktiki bacarıqlar aşılanıb. Ölkənin regionlarında yaşayan tədqiqatçılar bu dərslərdə internet üzərindən distant formada iştirak ediblər.
İyulun 6-da Naxçıvan Dövlət Universitetində bu bölgədə yaşayan doktorant və dissertantların informatika fənnindən distant formada doktorluq imtahanı keçirilib. İmtahanda, ümumilikdə AMEA-nın Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universitetindən olan 11 doktorant və dissertant iştirak edib.
İmtahan prosesinə həm institutun Distant Tədris Mərkəzində videomüşahidə sistemi vasitəsilə, həm də qurumun Naxçıvana ezam edilmiş mütəxəssisləri tərəfindən yerində nəzarət olunub.

Tehsil-press.az

Oxşar xəbərlər