Beynəlxalq olimpiadalara hazırlıq komandalarımız Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq komandalarımız Tehranda Riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandaları İran İslam Respublikasının paytaxtı Tehran şəhərində səfərdədir.
Azərbaycanlı şagirdlər fevralın 2-dək keçiriləcək xüsusi hazırlıq proqramında iştirak edəcəklər. Birhəftəlik proqram 200-dən çox beynəlxalq olimpiada medalı olan Allameh Helli liseyinin bazasında təşkil edilib.
Proqram müvafiq fənlər üzrə təcrübəli mütəxəssislər tərəfindən mühazirə, seminar, imtahan və müzakirələri əhatə edir.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər