UTECA Novruzu qarşıladı

UTECA Novruzu qarşıladı Azərbaycan Texnologiya Universitetində (UTECA) hər il olduğu kimi bu ildə açıq havada Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub.
Universitetin rektoru, professor Akif Süleymanov əvvəlcə UTECA kollektivinin milli adət-ənənələrimizi əks etdirən stendləri ilə tanış olub.
Rektor tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə sağlamlıq və sevinc dolu günlər arzulayıb. O, Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından danışıb. Qeyd edib ki, Novruz tariximizi, əsrlər boyu qorunub saxlanan adət ənənələrimizi, birgə dəyərlərimizi gələcək nəsillərə ötürmək üçün ən gözəl vasitədir.
Sonra Novruzun əsas personajları - Bahar qızı, Dədə qorqud, Keçəl və Kosa maraqlı çıxışları ilə iştirakçılarda xoş əhval ruhiyyə yaradıblar. Fatimə Klubunun taekvandçuları, Kreativ Uşaq Klubunun gimnastları öz ifaları ilə tədbirə maraq qatıblar. UTECA tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya və musiqi nömrələrini tədbir iştirakçıları maraqla qarşılayıblar.
Daha sonra tələbələr tonqal ətrafında yallı gedərək rəqs ediblər.

UTECA-nın Mətbuat Xidməti


UTECA Novruzu qarşıladı

Oxşar xəbərlər