Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov UTECA-da ikinci təhsilə başlayanlarla görüşüb. Rektor dəyirmi masa ətrafına toplaşanları növbəti dəfə tələbə adı qazananmaları münasibətilə təbrik edib. Bildirib ki, Təhsil Nazirliyi müraciət edən 30 nəfərdən 26-nın UTECA-da ikinci təhsilə başlamasını uyğun bilib. Qiyabi təhsil alacaq bu tələbələrdən 9 nəfər Mühasibat uçotu və audit, 9 nəfər Dövlət və bələdiyyə idarəetməsi, 4 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2 nəfər İnform texnologiyaları və sistemləri mühəndisliyi, 1 nəfər Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, 1 nəfər isə Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Söhbət zamanı tələbələr UTECA-da yaradılan şərait, son zamanlar görülən işlər və əldə edilən uğurlar barədə məlumatlandırılıblar.
Söhbət zamanı tələbələr UTECA-da yaradılan şərait, son zamanlar görülən işlər və əldə edilən uğurlar barədə məlumatlandırılıblar.
UTECA-nın Mətbuat Xidməti