Elxan Hüseynov: Məhz Ulu öndərin hakimiyyəti illərində Novruza milli bayram statusu verildi
Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz sevinci artıq hər bir yerdə duyulur. Ölkəmizin bütün guşələrində olduğu kimi Sumqayıt Dövlət Universitetində də Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Universitetin həyətində təşkil olunmuş tədbirdə fakültələrin bayram xonçalarına baxış keçirildi.
Rektor professor Elxan Hüseynov çıxış edərək xalqımızı Novruz bayramı münasibətilə təbrik etdi, Novruz bayramının qədim tarixindən, adət-ənənələrindən habelə ölkəmizdə milli - mənəvi dəyərlərin qorunub saxlanmasından və daha da inkişaf etdirilməsindən bəhs etdi. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində Novruza milli bayram statusu verildi. Bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə apardıqları səmərəli xidmətləri danılmazdır. Bunun nəticəsi olaraq Novruz bayramı 2009-cu il sentyabrın 30-da BMT-nin ali mədəniyyət qurumu olan UNESKO-nun qeyri maddi - mədəni irs siyahısına daxil edilərək, 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının qərarı ilə 21 mart rəsmi qaydada Beynəlxalq Novruz Günü kimi elan edildi. Yəni Novruz bayramı 2010-cu ildən başlayaraq dünya səviyyəsində qeyd edilən beynəlxalq bir təqvimə çevrildi.
Rektor çıxışında Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə tarixi torpaqlarımızın yağı düşməndən azad ediləcəyinə, bütün məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqlarına, Novruz tonqallarının Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğaldan azad ediləcək rayonlarımızda yandırılacağına əminliyini bildirdi.
Bayram tədbirində tonqal alovlandırıldı, müxtəlif milli oyunlar, Novruz adətləri, xüsusi zövqlə bəzədilmiş rəngarəng Novruz xonçaları, uzaqdan belə ətri ilə insanı məst edən, dadından, təamından doyulmayan milli mətbəximizin nümunələri nümayiş olundu.Əsl kənd ab-havası yaradan milli samovar çayı, Novruzun əsas qəhrəmanlarından olan Kosa və Keçəl, Bahar qızının məzəli-duzlu söhbətləri isə hər kəsdə xoş ovqat yaratdı. Konsert proqramı ilə davam edən bayram tədbirinə respublikamızın tanınmış incəsənət xadimlərinin ifaları və universitetin “Səma” rəqs qrupunun maraqlı nömrələri rəng qatdı.
Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qarşılandı.

SDU-nun Mətbuat Xidməti