Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin (GDU) təşəbbüsü və təşkilatçılığı ilə respublikanın qərb bölgəsindəki ümumtəhsil məktəblərinin 10-11-ci sinif şagirdləri üçün xarici dillər – ingilis dili, alman dili, fransız dili və rus dili fənləri üzrə keçirilən olimpiadanın qalibləri mükafatlandırılıb.
Mərasimdə Milli Məclisin deputatı, Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Rauf Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov, Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov, eləcə də olimpiadanın qalibləri, müəllim və valideynlər iştirak ediblər.
Tədbiri açan Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə fənn olimpiadasının qaliblərini təbrik edib.
Bildirilib ki, olimpiadanın keçirilməsində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin xarici dillərə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdir.
Pərvin Kərimzadə ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinə, həmçinin valideynlərə Gəncə Dövlət Universitetində yaradılan tədris mühiti, fənn kabinetləri və müasir laboratoriyaları haqqında məlumat verib. Məktəblilərə universitetin beynəlxalq əlaqələri, həyata keçirilmiş akademik mübadilə proqramları, GDU-nun təmsil olunduğu beynəlxalq sərgilər və nailiyyətləri haqqında danışıb.
Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev GDU-nun nəinki Gəncə şəhərində, hətta respublikamızın Qərb bölgəsindəki bir çox ümumtəhsil məktəbləri ilə yaradılmış universitet-məktəb əməkdaşlığının üstünlüklərini qeyd edib.
Bildirilib ki, hazırda Gəncədəki bir çox məktəblərdə universitetin Təcrübə və Karyera Mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə şagirdlərə düzgün ixtisas seçimi haqqında məlumat verilir, maairfləndirmə işi aparılır, məktəblilərin hazırlaşdıqları ixtisas seçiminə uyğun olaraq GDU-da fənlər üzrə tez-tez təşkil olunan olimpiadalarda iştirakı təmin edilir.
Həmçinin həmin mərkəzlərdə universitetin görkəmli alimlərinin ustad dərsləri, gənc müəllimlərin isə yeni fənn proqramlarına və metodikaya uyğun sınaq dərsləri təşkil edilir.
Cabbar Qarayev məktəblilərə və onların valideynlərinə son illərdə universitet alimləri tərəfindən aparılan elmi araşdırmalar və alınan nəticələri haqqında danışıb. Olimpiadada yüksək nəticə göstərən şagirdlərin universitet alimlərinin rəhbərliyi ilə çöl-təcrübə işlərində və müxtəlif laboratoriyalarda aparılan təcrübələrdə iştirak edə biləcəkləri vurğulanıb.
Sonra fənn olimpiadasının qalibləri mükafatlıandırılıb. 24 nəfər qalibə fəxri fərman və mükafatlar təqdim edilib.

GDU-nun Mətbuat Xidməti