Amma şagirdlərin informatika üzrə nəticələrindən razı qalmadı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) belə hesab edirlər ki, ali təhsil müəssisəsi durub orta məktəblərdən ona tələbə gəlməsini gözləməməli, özü tələbə cəlb etməyə təşəbbüs göstərməlidir. Düşünürlər ki, bunun üçün universitet üzünü məktəbə çevirməli, tədris ocaqlarına səfərlər təşkil edilməli, yuxarı sinif şagirdləri ilə müntəzəm görüşlər keçirilməlidir. Universitet, burada öyrədilən ixtisaslar haqqında potensial tələbələrə məlumatların verilməsi, eləcə də universitetin dəstəyi ilə məktəblərdə klubların, dərnəklərin, debatların təşkili və onlar vasitəsi ilə gənclər arasında peşəyönümü işlərinin aparılması da bu işə fayda verə, universitet-məktəb əlaqələrini möhkəmləndirə bilər. Və düşündüklərini gerçəkliyə çevirmək üçün addımlar atmağa başlayıblar. Son bir ildə ADNSU-da həyata keçirilən bir sıra yeniliklərin ideya müəllifi olan rektor, professor Mustafa Babanlının təşəbbüsü ilə universitetin struktur bölmələrinin rəhbərləri paytaxt məktəblərində olub, şagird-müəllim heyəti ilə görüşüblər. Ötən ay isə burada yenə də rektorun təşəbbüsü ilə vaxtilə mövcud olmuş bir ənənəyə yenidən həyat verilib. Uzun fasilədən sonra orta məktəblərin XI sinif şagirdləri arasında yenidən dəqiq fənlər üzrə olimpiada təşkil olunub.
Qeyd edək ki, belə fənn olimpiadaları universitetdə ötən əsrin 80-ci illərinin sonlarında keçirilib. Lakin 1990-cı ilə təsadüf edən sonuncu olimpiadadan sonra ölkədə yaranmış vəziyyət onun davam etdirilməsini mümkünsüz edib.
Yenidən bərpa olunan olimpiadanın keçirilməsi üçün rektorun sədrliyi ilə təşkilat komitəsi yaradılıb, müvafiq hazırlıq işləri görülüb. Təşəbbüs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də anlayışla qarşılanıb və olimpiadaya hazırlıq, XI sinif şagirdlərinin yarışmaya göndərilməsi istiqamətində lazımi köməkliklər göstərilib.
Məqsədi şagirdlərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşəyönümünün istiqamətləndirilməsi olan olimpiadanın yekun turu aprelin 8-də universitetdə baş tutub. Sələfindən fərqli olaraq builki olimpiada 3 fənn üzrə deyil, 4 fəndən keçirilib. Ənənəvi, riyaziyyat, fizika, kimya fənlərinə informatika da əlavə olunub. Olimpiadada əsas yenilik isə I yeri tutan iştirakçılara mükafat aldıqları ixtisaslar üzrə ADNSU-ya qəbul olunacaqları təqdirdə 100 manat təqaüd verilməsinin nəzərdə tutulmasıdır.
Azərbaycan və rus dillərində keçirilən olimpiada yazılı formada aparılıb. Yekun mərhələdə riyaziyyatdan 93, (74 nəfər Azərbaycan, 19 rus bölməsi), fizikadan 84 (71 və 13), kimyadan 59 (46-13), informatikadan 17 (15 və 2) şagird mübarizə aparıb. Şagirdlərə çətinləşdirilmiş, eyni zamanda indiki orta məktəbi bitirən şagirdə hesablanmış olimpiada məsələləri təqdim olunub və onlar 3 saat ərzində bu məsələləri cavablandırıblar.
Olimpiadalar artıq başa çatıb və qaliblər mükafatlandırılıb. Bəs nəticələr nə göstərir? Universitet olimpiadanın yekun turunun iştirakçısı olmuş 253 onbirinci sinif şagirdinin simasında öz gələcək tələbələrini görə bilibmi? Olimpiada haqqında məlumat verən universitetin idarəetmə və sistemlər mühəndisliyi kafedrasının müdiri, olimpiadanın təşkilat komitəsinin məsul katibi Fərid Ağayevin dediyinə görə, uzun fasilədən sonra ilk dəfə keçirilən olimpiadanın nəticələri heç də gözləntiləri doğruldacaq səviyyədə olmayıb.
Ən zəif çıxış edənlər informatika fənninin təmsilçiləri olub. 17 şagirddən 15-i tapşırığı alandan 5 dəqiqə sonra “biz heç nə bilmirik”, - deyərək zalı tərk edib. Lakin qalan 2 nəfər - akademik Zərifə Əliyeva adına liseyin şagirdləri məsələlərin öhdəsindən məharətlə gəliblər. Onların biri yarım saata, digəri isə 1 saat 10 dəqiqəyə verilən tapşırığı tam yerinə yetirirək olimpiadada I və II yerləri tutublar.
F.Ağayevin fikrincə, informatika üzrə belə acınacaqlı nəticənin yaranmasının səbəbi məktəblərdə bu fənnin tədrisinə ciddi yanaşılmamasıdır. “Biz də bilirik, şagirdlər də bilir ki, orta məktəblərdə informatika dərsində yaxşı halda şagirdlərə oyun oynadırlar”, - deyə o bildirib. Müsahibimiz belə hesab edir ki, məktəblərdə ixtisaslı informatika müəllimləri azdır. Müxtəlif kursları bitirib informatika müəllimliyi edənlər isə şagirdlərə heç nə verə bilməzlər.
Digər fənlər üzrə göstəricilərə gəldikdə isə F.Ağayev bunları da qənaətbəxş hesab etmir. “Biz azsaylı çoxtalantlı övladlarımızı tanıdıq”, - deyən universitet rəsmisinin sözlərinə görə, hətta məktəblərin qalibləri olmuş şagirdlərin belə olimpiadadakı ümumi göstəriciləri zəifdir. 25 mümkün baldan 9, 6, 3, 2, hətta 0 bal toplayanlar var. “Bu isə həm də onu göstərir ki, test olmayan real bilik yarışında şagirdlər zəif nəticə göstərirlər”.
Bütün bunlarla yanaşı, olimpiadada 17 nəfər qalibin olduğunu deyən F.Ağayev universitet olaraq gələcəkdə belə bilik yarışlarının coğrafiyasının daha genişləndirilməsini, onun bölgələrdə də təşkil edilməsini qarşıya məqsəd qoyduqlarını bildirdi.

ADNSU-nun Mətbuat Xidməti