Azərbaycan Universiteti “DOST xonçası” kampaniyasına qoşuldu

Azərbaycan Universiteti “DOST xonçası” kampaniyasına qoşuldu Azərbaycan Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.
Kampaniya çərçivəsində universitetin əməkdaşları Bakının Bilgəh kəndində tənha yaşayan 83 yaşlı Ağakərim Babayevin qonağı olub, “DOST xonçası”nı təqdim ediblər. Ağakərim Babayevi Azərbaycan Universitetinin kollektivi adından təbrik edən universitet əməkdaşları onunla həmsöhbət olublar.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi aksiyada məqsəd tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən bu adət-ənənəmizi qoruyub saxlamaqdır. Aksiyaya hər qurum və hər kəs qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə “facebook” səhifəsində postlarını #dostxonçası “hashtag”ı altında paylaşmaları xahiş olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər