Avropa Komissiyası Avropa qitəsinin gələcəyi üçün çox vacib olan superkompüterlər yaradılması sektorunu maliyyələşdirə bilən investorlar tapmaq məqsədilə müsabiqə elan edib.
Milli superkompüter mərkəzi (Barcelona Supercomputing Center) aprel ayında Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilmə şərti ilə yeni superkompüter yaradılması üçün öz namizədliyini təqdim etməyə hazırlaşır. Elmi mərkəzdə bildiriblər ki, mövcud avadanlığın yeniləşdirilməsi və “MareNostrum 5” adlı superkompüter yaradılması üçün sifariş vermək qərara alınıb.
Avropa Komissiyası “Horizon 2020” proqramı çərçivəsində azı iki superkompüterin maliyyələşdirilməsi üçün 250 milyon avro məbləğində vəsait ayırmağa hazır olduğunu bildirib. 2021-ci il yanvarın 1-dək istifadəyə verilməli olan bu superkompüterlərin hesablama gücü 150 petaflopsa bərabər olmalı, yəni saniyədə 150 kvadrilyon əməliyyat aparmağa imkan verməlidir. Bu məhsuldarlıq Barcelona Supercomputing Center mərkəzində quraşdırılmış “MareNostrum 4” adlı superkompüterin gücündən 20 dəfə çoxdur.
Proqramın məqsədi ondan ibarətdir ki, Avropa kompüter sənayesi sahəsində ABŞ, Çin və Yaponiya ilə müqayisədə öz rəqabət qabiliyyətini itirməsin.
Avropa İttifaqı 2023-cü ildə superkompüterin gücünü 1 ekzaflopa və ya saniyədə kvintilyon əməliyyata çatdırmağı planlaşdırır.
Nigar Cəfərli