“ADA” Universiteti və Kaunas Texnologiya Universiteti arasında razılaşma memorandumu imzalanıb.
Universitetdən Tehsil-press.az-a verilən məlumata görə, imzalanma mərasimində “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard iştirak ediblər.
Yeni başlanılan əməkdaşlığa görə “ADA” Universitetinin İctimai və Beynəlxlaq Münasibətlər fakültəsində Avropa İttifaqı (Aİ) Araşdırmaları üzrə yeni magistr təhsilinin verilməsi məsələsi tədqiq ediləcək. Avropa İttifaqının 350 min avro dəyərində qrantı tərəfindən maliyyələşdirilən bu layihə qarşısına bir sıra məqsədlər qoyub: gələn ilin sonuna qədər ADA Universitetində Aİ məsələləri üzrə ən azı səkkiz ixtisas kursları hazırlanıb sınaqdan keçirilməli, bu kursları aparan professor müəllim heyəti müəyyənləşdirilməli, yeni magistratura proqramının akkreditasiyası üçün keyfiyyətin təminatı mexanizmi yaradılmalıdır. Layihə çərçivəsində bir sıra aparıcı Avropa universitetləri ilə əməkdaşlıq edəcək ADA Universiteti əsas tərəfdaşı olan Kaunas Texnologiya Universitetinin Avropa İttifaqı üzrə təklif etidiyi akademik proqramlar təcrübəsindən yararlanmaq niyyətindədir. Belə ki, Litvanın ali təhsil ocağında Avropaya İnteqrasiya üzrə xüsusi şöbə hələ 1998-ci ildə yaradılmışdır. Bu gün isə onlar Avropaya İnteqrasiya və Avropa Araşdırmaları sahələri üzrə magistr və bakalavr təhsili verirlər.
Qeyd edək ki, ADA Universitetində 2013-cü ildən bəri “Avropa İttifaqı Məsələləri” üzrə Bilik Mərkəzi fəaliyyət göstərir. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədi ilə dövlət qulluqçuları, tələbələr, məktəb şagirdləri də daxil olmaqla ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir. Dövlət strukturlarının təlim ehtiyaclarından asılı olaraq bu kurslar Avropa İttifaqı ilə bağlı siyasi və iqtisadi biliklər, enerji və ətraf mühit qanunvericiliyi, informasiya texnologiyaları və media, insan hüquqları, miqrasiya və təhlükəsizlik kimi mövzuları əhatə edir.

ADA-nın Mətbuat Xidməti