Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Ötən ay Təhsil İdarəsinə ümumilikdə 5 253 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 591 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 022 vətəndaş müraciəti daxil olub. 101 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 179 sənəd (vətəndaşlar tərəfindən 160 ərizə, Təhsil Nazirliyindən 112, digər qurumlardan 338, məktəblərdən 361 məktub, 85 strukturdaxili yazışma və 123 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 360 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, martda BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 5 rayonu (Qaradağ, Səbail, Yasamal, Nizami və Nərimanov rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Tehsil-press.az