Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:
“Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.

Tehsil-press.az



Oxşar xəbərlər