Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü gündəlikdə dayanır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri zamanı da müzakirə olunub:
"Azərbaycan nəticəyə istiqamətlənmiş və işğal olunmuş ərazilərinin azad edilməsinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş görüşləri keçirməyə hazırdır".
Tehsil-press.az