Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.
Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər