Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsinin iqtisadiyyat kafedrasının kollektivi ölkəmizin sənaye nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verir.
ATMU-nun və Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Karyera planlaması və uğurlu müsahibənin sirləri” mövzusunda növbəti təlim keçirilib.
ATMU-da təşkil olunan tədbiri Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənov aparıb. Diskussiya şəraitində keçən təlimdə hər bir tələbə və məzunun işlə təminolunma prosesində qarşılaşdığı çətinliklərin aradan qaldırılması yolları göstərilib. Təlimdə dəqiq karyera planlaması, həmin prosesin təşkili və idarə edilməsi, CV formasının tərtibi, müsahibədə xarici görünüş, davranış qaydalarından ətraflı bəhs olunub.
Sonra A.Həsənov tələbələrin suallarını cavablandırıb. Fəal təlim iştirakçılarına sertifikatlar verilib.

ATMU-nun Mətbuat Xidməti