13 noyabr 2018-ci il tarixində Azərbaycan Kooperasiya universitetində universitetin “Maliyyə” fakültəsi, “Maliyyə və bank işi” kafedrasının birgə təşkilatçılığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin təlimçilərinin iştirakı ilə “Kapital Bazarlarında maliyyələşmə və listinq” adı altında təlim baş tutmuşdur. Təlimdə əsasən, Kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzulara toxunulmuşdur.
Təlimdə ilk olaraq Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva, Maliyyə və bank işi kafedrasının müdiri Elnurə Məmmədova çıxış edərək Azərbaycan Kooperasiya Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün aparılan işlərdən, xüsusilə, ixtisaslı kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından mütəmaddi olaraq ölkənin aparıcı maliyyə təşkilatları ilə, banklarla qarşılıqlı iş birliyindən söz açdılar.
Açılış nitqlərindən sonra təlimçilər, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ticarət Əməliyyatlarına Nəzarət idarəsinin aparıcı analitiki Namiq Quliyev, Bakı Fond Birjasının Biznesin inkişafı qrupunun aparıcı mütəxəssisi Müseyyib Mehdiyev, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi, Paşa Kapital İnvestisiya Şirkətinin müdir müavini Tələt Kalayev müvafiq mövzular üzrə təlimlərini həyata keçirdilər.
Qeyd edək ki, təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablanırıldı.
Sonda bir qrup fərqlənən iştirakçılara mükafatlar təqdim olundu.
AKU-nun Mətbuat Xidməti