Peşə Təhsil Mərkəzində “Startap günləri”nə start verilib

Peşə Təhsil Mərkəzində “Startap günləri”nə start verilib Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan “Startap günləri”nə start verilib.
Tədbirdə çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Startap günləri”nin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“Startap günləri”ndə tələbələr tərəfindən səsləndirilən ideyalardan 23-ü ekspertlər tərəfindən qəbul olunub. Tələbələrin səsverməsi və ekspertlərin qiymətləndirməsi əsasında 5 biznes ideyası seçilib və həmin ideyalar ətrafında komandalar formalaşdırılıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Semral Əliyev, Azərbaycan İnternet Forumunun eksperti Rüstəm Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rəşad Əliyev, Sərvər Cəfərov, Camal Eminov, Sinam şirkətinin nümayəndəsi Fuad Salmanov iştirak ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər