Fevralın 23-də Qərbi Kaspi Universitetində ikigünlük startap günləri təşkil olunacaq.
Tədbirin keçirilməsinin məqsədi yeni startapların yaradılmasına kömək göstərmək, bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdir.
Startap günləri çərçivəsində universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək. Əsas tədbirlərdən biri tələbələrin biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışmasına həsr olunacaq. Bu günlər yerli startap sahiblərinin, ekspertlərin və informasiya texnologiyaları üzrə şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə gənclərlə görüşləri təşkil ediləcək. Startap günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə və fərqlənənlərə təşkilatçıların, sponsorların qiymətli hədiyyələri, diplom və sertifikatlar təqdim ediləcək.

Kəmalə Rəhimli