Aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri”nə start verilib.
Açılış mərasimində çıxış edən AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov “Startap günləri” ilə bağlı görülən hazırlıq işlərindən, o cümlədən işçi qruplarının yaradılmasından və digər təşkilati məsələlərdən danışıb. Bildirib ki, “Startap günləri”nin keçiriləcəyi məkanlarda tələbələrin öz ideyalarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb. “Startap günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib.
Qeyd edilib ki, “Startap günləri”ndə ənənəyə uyğun olaraq ən yaxşı 3 startap seçilməklə I, II və III yerin qalibləri müəyyən olunacaq. Qaliblərə respublika finalına qatılma şansı veriləcək.
Açılış mərasimində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Startap günləri”nin proqramı barədə məlumat verib.
Daha sonra tələbələr layihələrini təqdim ediblər.
AzTU-nun Mətbuat Xidməti