Baş nazirin müavini: Xorvatiya Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir (ÖZƏL)

Baş nazirin müavini: Xorvatiya Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir (ÖZƏL) Xorvatiya Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir.
Bunu Tehsil-press.az-a açıqlamasında Xorvatiya Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Mariya Peyçinoviç-Buriç deyib.
Nazir bildirib: "Bizim tərəfdaşlığımız və ikitərəfli dost münasibətlərimiz ötən il sentyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Zaqrebə səfəri zamanı bir daha yüksək səviyyədə təsdiq olundu. Biz bundan sonra da dövlət qurumlarımız, biznes və vətəndaşlarımız arasında daha sıx mübadiləni təşviq etmək istəyirik".
O xatırladıb ki, Xorvatiya və Azərbaycan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində keçiriləcək:
"Bu komissiya qarşılıqlı maraq doğuran bir çox sahələrdə ikitərəfli ticarətin genişləndirilməsi üçün əsas yarada bilər".
Baş nazirin müavini qeyd edib ki, Xorvatiya şirkətləri xüsusən energetika, nəqliyyat, gəmiqayırma, əczaçılıq və İKT sahələrinə investisiyalarda maraqlıdırlar:
"Maşınqayırma, tekstil, kənd təsərrüfatı, qida sənayesi və əlbəttə ki, turizm sahəsində əməkdaşlıq üçün də imkanlar var".

Tehsil-press.az



Oxşar xəbərlər