Xorvatiya Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlıdır. Bu barədə Xorvatiya İqtisadi Palatasının rəhbəri Luka Buriloviç Bakıya səfəri çərçivəsində deyib.
O bildirib: “Ümid edirəm ki, bu səfər Azərbaycan sərmayələrinin Xorvatiyada artırılmasına gətirib çıxaracaq. Bu səfərin məqsədlərindən biri Azərbaycanın potensial sahibkar və sərmayəçilərinə mesaj verməkdir ki, Mərkəzi Avropada yerləşən və Aİ üzvü olan Xorvatiya biznes və investisiya yatırımı üçün əlverişli ölkədir, müştərək layihələr üçün xeyli imkanlar var”.
Xorvatiyada mövcud investisiya mühitindən ətraflı danışan L.Buriloviç qeyd edib ki, ölkə qanunları xarici investorlara xorvatiyalı investorlara verilən eyni hüquqları təqdim edir.
Palata rəhbəri çoxsaylı güzəştlərə də toxunub. Qeyd edib ki, vergi güzəştləri, təhsil və məşğulluqla bağlı güzəştlər, eləcə də investisiya layihələri üçün əlavə stimullar var.
L.Buriloviç vurğulayıb ki, Xorvatiya “Doing Business” Ümumdünya Bankının 2016-cı il üzrə reytinqində dünyanın 189 ölkəsi arasında 40-cı yeri tutur.
Palata rəhbəri bildirib ki, bu gün bir sıra Xorvatiya şirkətləri Azərbaycandan olan tərəfdaşları ilə, xüsusən də İKT, gəmiqayırma, energetika, yeyinti və əzcaçılıq sahələrində uğurlu əməkdaşlıq qurub: "Lakin tərəflər əməkdaşlıq üçün daha böyük potensiala malikdir".
Tehsil-press.az