Türkiyədə dəhşətli qəza - 5 nəfər öldü, 39 nəfər yaralandı

Türkiyədə dəhşətli qəza - 5 nəfər öldü, 39 nəfər yaralandı Türkiyənin Van əyalətinin Tuşba qəsəbəsində ölkəyə qanunsuz yollarla keçən miqrantları daşıyan yük maşını aşıb.
Tehsil-press.az “Hürriyet”ə istinadən xəbər verir ki, ilkin məlumata görə, azı 5 nəfər ölüb, 39 nəfər yaralanıb. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedicilər göndəriib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər