Türkiyədə terror aktında şəhid olanların sayı 14-ə yüksəldi

Türkiyədə terror aktında şəhid olanların sayı 14-ə yüksəldi Türkiyənin Kayseri şəhərində baş verən terror aktı nəticəsində şəhid olanların sayı 14 nəfərə çatıb.

"Hürriyet" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Onun sözlərinə görə, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 56 nəfər yaralanıb: "Yaralananlardan 12-si hazırda reanimasiyadadır. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır".

* * *14:52
Türkiyənin Kayseri şəhərində baş verən terror aktında yaralananların sayı artıb.
"Milliyet" xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 55 nəfər yaralanıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, yaralananlardan 12-si hazırda reanimasiyadadır: “Onlardan 6-sının vəziyyəti ağırdır. Bundan başqa, şəhid olanlardan 8-nin kimliyi də artıq məlum olub”.
Nazir qeyd edib ki, hazırda terroru törədənlərin kimliyi araşdırılır: “Türkiyədə terrora son qoyulacaq. Biz bu məsələdə qərarlıyıq. Səbrli olacağıq və bununla da terrorun qarşısını alacağıq. Ölkəmizin, millətimizin başı sağ olsun”.

* * *13:03
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Kayseri şəhərində baş verən terror aktı nəticəsində ölən və yaralananların sayını açıqlayıb.
"Hürriyet" xəbər verir ki, Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 13 hərbçi şəhid olub, 48 nəfəri yaralanıb.

* * *11:03
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.
"Hürriyet" yazır ki, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.
Məlumata görə, partlayış avtobusda meydana gəlib, yaralılar var.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.

Tehsil-press.az

Oxşar xəbərlər