17 may 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər günü münasibəti ilə Uşaq Musiqi məktəbinin kollektivinin iştirakı ilə konsert keçirildi

17 may 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər günü münasibəti ilə Uşaq Musiqi məktəbinin kollektivinin iştirakı ilə konsert keçirildi 18 may – Beynəlxalq muzeylər günü ilə bağlı Şirvan şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Uşaq musiqi məktəbi konsert proqramı ilə çıxış etdi. İlk olaraq Heydər Əliyev Mərkəzinin əməkdaşı Qayıbova Səkinə "Muzeylər günü" ilə əlaqədar məlumat verdi. Bildirdi ki, 1977-ci ildən hər ilin may ayının 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə Beynəlxalq Muzeylər Gününü qeyd edir. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. Həmin gün saat 22-00-a qədər muzeylərdə bayram şəklində müxtəlif tədbir və sərgilərin keçirilməsi bir ənənə halını alıb. Ölkəmizin digər muzeyləri kimi, Heydər Əliyev Mərkəzində də bu gün müxtəlif mövzulara həsr olunmuş sərgilər keçirir, bayram şənlikləri təşkil edir.

Sabirabad Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


17 may 2019-cu il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində 18 may – Beynəlxalq Muzeylər günü münasibəti ilə Uşaq Musiqi məktəbinin kollektivinin iştirakı ilə konsert keçirildi

Oxşar xəbərlər