“Dostluq və əməkdaşlıq görüşləri” adlı konsert

“Dostluq və əməkdaşlıq görüşləri”  adlı konsert Şirvan şəhər Uşaq Musiqi Məktəbi Hacıqabul rayon Uşaq Musiqi Məktəbi ilə birlikdə “Dostluq və əməkdaşlıq görüşləri” adlı konsert kroqamı təşkil etmişlər. Tədbiri Hacıqabul rayon Uşaq Musiqi Məktəbinin direktoru Rahib Məmmədov açmışdır. Rahib müəllim tədbirdə iştitak edən qonaqları salamlayaraq onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. Rahib müəllim məktəblər arası dostluq görüşlərinin hələ 1993-cü ildə Hacıqabul Uşaq Musiqi Məktəbinin yarandığı ilk günlərdən başladığını qeyd etmişdir. Məktəb müəllimlərinin çox hissəsinin Şirvan şəhər Uşaq Musiqi məktəbini bitirdiyini qeyd etmişdir.Sonra Rahib müəllim Şirvan şəhər Uşaq Musiqi Məktəbinin kollektivini öz adından təltif etdiyi Fəxri Fərmanı məktəbin direktor əvəzi Əbülfət İsmayılova təqdim etmişdir. Əbülfət müəllim qonaqları salamlayaraq belə tədbirlərin keçirilməsinin vacib olduğunu, bu tədbirlərin tədrisin inkişafına kömək olacağını qeyd etmişdir. Sonra şagirdlərin iştirakı ilə konsert proqramı keçirilmişdir.

Mətbuat Xidməti


/size]

Oxşar xəbərlər