“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı

“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı Məktəblilər üçün “Muzeylər və İslam həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı həyata keçirilir.
Proqram Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqram bu il Bakı şəhərində fəaliyyət göstərən 16 aparıcı muzeylə yanaşı ilk dəfə olaraq 11 xatirə ev-muzeyini əhatə edəcək.
Üçüncü ildir ki, keçirilən proqramın müddəti məktəblilərin fəallığını, müəllim və valideynlərin marağını nəzərə alaraq, “Muzey həftəsi”ndən “Muzey ayı”na qədər genişləndirilib.
Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir.
Yeni proqram üçün Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və “İslam həmrəyliyi”nə uyğun olaraq mövzular seçilib.
Proqram mayın 28-dək davam edəcək.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti


“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı

“Muzeylər və İslam Həmrəyliyi” mövzusunda “Muzey ayı” proqramı

Oxşar xəbərlər