Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik

Avropadan Azərbaycana gələn turistlərə sadələşdirilmiş vizaların verilməsi üçün danışıqlar aparılır - Agentlik Avropa İttifaqı ölkələrindən Azərbaycana daha çox turistin gəlməsi üçün onlara sadələşdirilmiş vizaların verilməsi, vizalarını hava limanlarında birbaşa ala bilmələri üçün danışıqlar aparılır.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, ölkəyə turistlərin cəlb edilməsi üçün hazırda 6 istiqamət üzrə iş aparılır.
F.Nağıyev əlavə edib ki, yay turizm mövsümündə Azərbaycana Çin, Hindistandan turistlərin gələcəyi gözlənilir: "Bu turistlər artıq ölkədə müşahidə edilir. Bu yay Avropa ölkələrindən də Azərbaycana turistlərin gələcəyi gözlənilir".

Tehsil-press.az

Oxşar xəbərlər