Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB

Yaponiya, Koreya və İndoneziyanı Azərbaycana cəlb edən SƏBƏB Bu il Azərbaycana Yaponiya, Koreya və İndoneziyadan gələn turistlərin sayının artacağı gözlənilir.

Bunu Tehsil-press.az-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, həmin ölkələrdən olan turistlər və turizm şirkətləri Azərbaycana maraq göstərirlər. Bu məqsədlə İndoneziyanın turizm şirkətlərindən ibarət böyük nümayəndə heyəti də Azərbaycanda səfərdə olub: “İndoneziya 240 milyonluq əhalisi olan böyük müsəlman ölkəsidir. Onların Azərbaycan bazarına daxil olması turizmin inkişafına təsir göstərəcək”.
M.Ağakərimov bildirib ki, ötən il Azərbaycana ərəb ölkələri, İran, Rusiya və Qazaxıstandan gələn turistlərin sayı artıb. Bu il həmin ölkələrdən gələn turistlərin sayının daha da artacağı gözlənilir.
AzTA sədrinin müşaviri hesab edir ki, ümumilikdə ötən ilə nisbətən 2017-ci ildə Azərbaycana daha çox turistin gələcəyi gözlənilir: “Azərbaycana Avropa ölkələrindən də turistlər gəlir. Amma təbii ki, bu say bir qədər azdır. Hesab edirik ki, Avropa ölkələrindən də Azərbaycana gələcək turistlərin sayı artacaq. Amma turistlərin sayının artması üçün vacib məsələlərdən biri də hostellərin, 1-2 ulduzlu hotellərin tikilməsidir".
M.Ağakərimovun fikrincə, Azərbaycanda hostellər və 1-2 ulduzlu hotellər tikildikdən sonra ərəb ölkələrindən, İrandan, Rusiyadan, o cümlədən Şimali Qafqazdan gələn turistlər məhz bu tipli hotellərdə yerləşməyə üstünlük verəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər