Almaniyada məscidə hücum

Almaniyada məscidə hücum Almaniyanın Drezden şəhərində naməlum şəxslər “Fateh” məscidini daş atəşinə tutub.
Məscid nümayəndəsi Hüseyn Taşkının sözlərinə görə, hadisə nəticəsində binanın şüşələri sındırılıb. Taşkın onu da əlavə edib ki, basqın zamanı məsciddə heç kim olmayıb.
Drezden polisinin mətbuat katibi Marko Laske jurnalistlərə açıqlamasında bildirib ki, hüquq mühafizə orqanları artıq cinayətin araşdırmasına başlayıb.
Xatırladaq ki, 2016-cı ildə naməlum şəxslər “Fateh” məscidində kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə partlayış törətmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər