15 yaşına çatmamış işçiyə görə məsuliyyət

15 yaşına çatmamış işçiyə görə məsuliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin sahibkarlar iştirak ediblər.
İştirakçılar uşaq əməyinin istismarı, məcburi əmək və insan alveri ilə mübarizədə mövcud olan beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi barədə məlumatlandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb. Tədbirdə qeyd edilib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Qeyd olunan hal ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulub.

Ruhiyyə

Oxşar xəbərlər