Sumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Sumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib.
Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda tanınmış yazıçı-publisist, kinossenarist, Əməkdar Jurnalist Eyruz Məmmədovla görüş keçirilib. Tədbirdə Eyruz Məmmədovun ictimai fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, son 30 ildə bir çox tarixi sənədli filmlərin müəllifi olan, Qarabağla, Sumqayıtla bağlı yaxın keçmişimizin tarıxınə aid əsəsrləri, roman və povestləri ilə nəinki respublikamızda, həm də uzaq xaricdə də yaxşı tanınan Eyruz Məmmədov maraqlı həyat və zəngin yaradıcılıq yolu keçib. Sonra söz müəllifə verilib. O, yeni kitabları haqqında məlumat verib, yaradıcılıq planlarından söz açıb, oxucuların suallarını cavablandırıb.
Layihə çərçivəsində kitabxanada “Həzin nəğmələrdə yaşayan şəhər” adlı şeir müsabiqəsi də keçirilib. Müsabiqəyə qatılan oxucular Sumqayıta həsr olunmuş şeirlərdən nümunələr söyləyiblər. Münsiflər heyəti üzvlərinin yekdil rəyi ilə Aişə Məmmədova I yerə, Fatimə Quliyeva II yerə, Nüsrət Ağazadə isə III yerə layıq görülüblər. Digər iştirakçılar hədiyyələrlə mükafatlandırılıblar. Sonda “Sumqayıt-taleyimin şəhəri” başlıqlı sərgi haqqında xülasə verilib.
Nizami Gəncəvi adına Kitabxana Klubun layihə çərçivəsində daha bir tədbiri Bakıda Atəşgah Zərdüşt Od Məbədində keçirilib. Belə ki, kitabxanada fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin Atəşgaha ekskursiyası təşkil olunub. Ekskursiya zamanı dərnək üzvləri “Atəşgah sumqayıtlı uşaqların gözü ilə” adlı etüd pleneri keçirilib. Uşaqlar canlı olaraq məbədin şəkillərini çəkib. Etüd-plener məbədə gələn turistlərin də diqqətini çəkib, maraqla qarşılanıb.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində də layihə çərçivəsində bir sıra tədbirlər, ekskursiyalar keçirlib. Belə ki, Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın şagirdlərinin mərkəzə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı balaca qonaqlar Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillər, fiziki qüsurlu insanların da istifadə edə biləcəyi informasiya xarakterli və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid nadir şəkilləri əks etdirən elektron köşklər, elektrik sisteminin yerləşdiyi server otağı, elektron kitabxana, 50 nəfərlik konfrans və 420 nəfərlik akt zalı və s. ilə yaxından tanış olub, məlumatlanıblar. Tədbirdə uşaqların ifasında rəqs nömrələri izlənilib, Sumqayıta həsr olunmuş şeir nümunələri dinlənilib.
Heydər Əliyev Mərkəzində daha bir tədbir Sumqayıt şəhər 4 saylı orta məktəblə birgə keçirilib. Tədbirdə Heydər Əliyev və şəhərimiz haqqında geniş məlumat verilib. Sonra sonra şagirdlərin ifasınmda şeir və musiqi nömrələri dinlənilib, rəqs nömrələri və kiçik səhnəciklər izlənilib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilibSumqayıtın mədəniyyət müəssisələrində “Sumqayıt-70” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər