Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Sumqayıtda “Bu günün oxucuları – sabahın qurucuları” adlı Uşaq Mütaliə Festivalı çərçivəsində silsilə tədbirlər keçirilib.
Belə ki, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Əhməd Cəmilin “Can nənə, bir nağıl de” şeiri əsasında hazırlanmış səhnəcik nümayiş olunub. Uşaq şöbəsinin nəzdində yaradılmış Sabir Sarvan adına uşaq poeziya teatrının üzvlərinin ifasında nümayiş olunan səhnəcik böyük maraq doğurub. Tədbirdə iştirak edən uşaq yazarı Gülzar İbrahimova, yazıçı Hafiz İmamnəzərli və Məqsəd Nur, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova çıxış ediblər. Bundan əlavə, uşaq şöbəsinə 5 saylı orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunub.
S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsinə ekskursiya təşkil olunub, oxuculara fond və sərgilər haqqında məlumat verilib.
Mərkəzi Uşaq Kitabxanasında A.Şaiqin “Tülkü həccə gedir” eyniadlı mənzum pyesi əsasında çəkilmiş cizgi filmi izlənilib. Tədbirdə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Sonra uşaqlar kitabxana əməkdaşlarının köməyi ilə nağıl qəhrəmanlarının rəsmlərini çəkib və əl işlərini kitabxanaya hədiyyə ediblər.
Mərkəzi Uşaq Kitabxanasında növbəti tədbir uşaqların sevimli yazarı Gülzar İbrahimovayla görüş keçirilib. Tədbirdə yazarın müxtəlif illərdə qələmə aldığı nağıllar dinlənilib, yumoristik hekayələr əsasında hazırladıqları səhnəciklər izlənilib, rəqs nömrələri nümayiş olunub. Sonda Gülzar ibrahimova çıxış edərək dəvətə görə təşəkkür edib, şeirlərini söyləyib, kitabxanaya və oxuculara müəllifi olduğu kitabları təqdim edib.
N.Gəncəvi adına Kitabxana Klubda “Maraqlı kitablar saatı” mövzusundakı tədbir keçirilibTədbirdə oxuculara kitabxananın fondunda olan uşaq nəşrləri haqqında ətraflı məlumat verilib.
Festival çərçivəsində Corat qəsəbə kitabxanasında “Oxuduğum kitablar” adlı tədbir keçirilib. Tədbirdə C.Sviftin “Qulliverin səyahəti”, M.Ridin “Başsız atlı”, M.Tvenin “Şəhzadə və dilənçi” kitablarından söhbət açılıb, Azərbaycan uşaq yazarlarının kitablarından da xülasə verilib.
Xatırladaq ki, festival çərçivəsində sadəcə kitabxanalarda deyil, ayrı-ayrı ünvanlarda – məktəblərdə, bağçalarda da səhərciklər, disput və tamaşalar keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti