Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt şəhər S.Vuğun adına Mərkəzi kitabxananın əməkdaşlarının iştirakı ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda “Xalq üçün, vətən üçün yaşanmış ömür” adlı oxucu konfransı keçirilib. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. Sonra ümummilli liderə həsr olunmuş videoçarx izlənilib. Tədbirdə “H.Əliyevin bioqrafiyası”, “H.Əliyevin daxili siyasəti”, “H.Əliyev və Azərbaycan gəncliyi”, “H.Əliyev və mədəniyyət”, “H.Əliyevin Sumqayıt səfərləri” mövzularında mühazirələr dinlənilib. Sonda kitabxanada təşkil olunmuş və ulu öndərin həyat və fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” adlı sərgidən xülasə verilib.
S.Vuğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində “Xalqın güvənirdi əzəldən sənə” adlı tədbir keçirilib.Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub, “Heydər Əliyev və Sumqayit” mövzusunda məruzə dinlənilib, mahnılar və şeirlər səslənib. Sonda ən yaxşı şeir ifasına görə seçilən oxucular kitabxana tərəfindən fəxri fərmanla təltif olunub.
Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 24 saylı tam orta məktəbdə “Azərbaycanın özü qədər əbədi” adlı səyyar sərgi təşkil ediblər. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, foto albomlar, dövrü mətbuat materialları nümayiş olunub.
Mərkəzi Uşaq Kitabxanasında 18 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Əbədiyaşar lider” adlı tədbir keçirilib. Tədbirə ulu Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verilib, videoçarx izlənilib, oxucuların ifasında ədəbi-bədii kompozisiya nümayış olunub. Sonda ümummilli liderin həyatı və fəaliyyətinin müxtəlif sahələrini əhatə edən “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi haqqında məlumat verilib.
Sumqayıtda Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə 37 saylı tam orta məktəbdə “Müstəqilliyimizin banisi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verilib, mədəniyyət sahəsində gördüyü işlər haqqında məruzələr, məktəbin şagirdlərinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu nümayəndəliyinə tabe müəssisələrin mədəniyyət işçiləri rayonda yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra tabe müəssisələrin işçilərinin dəyirmi masa ətrafında toplantısı keçirilib. Toplantıda çıxış edənlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat veriblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər