Səudiyyə Ərəbistanında anomal isti - Kölgədə 50 dərəcə

Səudiyyə Ərəbistanında anomal isti - Kölgədə 50 dərəcə Səudiyyə Ərəbistanında havanın temperaturu kölgədə +50 dərəcəyədək yüksəlib.
Bu haqda meteoroloq Həsən Kərani məlumat verib. Onun sözlərinə görə, ölkənin şərqində, həmçinin qərb bölgəsinin bəzi məntəqələrində termometrlərin kölgədə 50 dərəcəyədək isti göstərir.
Meteoroloji proqnozlarda isə ölkənin cənub-qərbində, o cümlədən Məkkə və Mədinədə yağışlı havaların, Qırmızı dəniz sahillərində isə bərk küləyin gözlənildiyi göstərilir.

Tehsil-press.az

Oxşar xəbərlər