“Ahmet Kayanın məzarını Türkiyəyə gətirə bilərik” - Ərdoğan

“Ahmet Kayanın məzarını Türkiyəyə gətirə bilərik” - Ərdoğan “Ailəsi istəsə, Ahmet Kayanın Parisdəki məzarını Türkiyəyə gətirərik”.
Bu sözləri radio verilişlərin birində qonaq olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, vaxtilə müğənniyə edilən haqsızlıqdan danışıb:
“Sənətçini ölkədən qovanadək əllərindən gələni etdilər. Axırda nə oldu? Ahmet qürbətdə öldü. Baş nazirliyim dövründə Mədəniyyət Nazirliyinin vasitəsilə əslində Ahmet Kayanın məzarının ölkəmizə gətirilməsi məsələsini qaldırmışdım. Xanımına da xəbər göndərdik. Bu gün ailəsi qəbul etsə, Ahmet Kayanın məzarını Türkiyəyə gətirə bilərik. Biz buna hazırıq”.
Qeyd edək ki, anası türk, atası kürd olan Ahmet Kaya 1999-cu il fevralın 10-da mükafatlandırma gecələrinin birində kürdcə mahnı oxuyacağını dedikdən sonra zaldan müğənniyə əşyalar atılıb, təhqirlər səsləndirilib. Ölkədə konsertləri və albomları qadağan edilən, məhkəmələrə çağrılan Kaya Türkiyəni tərk etmək məcburiyyətində qalıb. O, 2000-ci ildə Parisdə infarktdan dünyasını dəyişib.

Tehsil-press.az


Oxşar xəbərlər