İraqdan Türkiyəyə müsbət cavab

İraqdan Türkiyəyə müsbət cavab İraq Türkiyənin sərhəddə birgə təhlükəsizlik tədbirləri görmək təklifinə müsbət yanaşdığını açıqlayıb.
İraqın Ədliyyə naziri Heydər əz-Zəmili açıqlamasında bildirib ki, Türkiyənin bütün tələblərinə müsbət baxırlar: “Bölgədəki siyasi və təhlükəsizliklə bağlı proseslər yeni anlaşmaların əldə edilməsini zəruri edir”.
Türkiyə xarici işlər nazirinin müavini Ahmet Yıldız da açıqlamasında İraq hökuməti ilə terrorla mübarizə və iki ölkənin suverenliyi haqda işbirliyinə hazır olduqlarını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər