Ərdoğan: Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz

Ərdoğan: Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz Heç kim Türkiyəyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə mane ola bilməz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğan bildirib ki, Rusiya Türkiyənin regionda strateji tərəfdaşlarından biridir: "Türkiyə-Rusiya münasibətləri hazırda ən yüksək səviyyədədir".
Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin (ZRK) alışına da toxunan dövlət başçısı qeyd edib ki, bu məsələ ABŞ-ı və NATO ölkələrini narahat etməməlidir:
"NATO üzvü olan Yunanıstan Rusiyadan S-300 ZRK-ları alanda ABŞ narahat olmamışdı".
ABŞ tərəfdən gözlənilən sanksiyalara gəlincə, Prezident bildirib ki, Vaşinqton sanksiyalardan danışmaq əvəzinə Türkiyəyə dəstək verməlidir.

Tehsil-press.az
`

Oxşar xəbərlər