İtaliyanın Faenza şəhərində bir həftə davam edən yeniyetmə güləşçilərin Avropa çempionatına yekun vurulub.
Yunan-Roma güləşi üzrə millimizin ardınca sərbəst güləş yığmamız da qitə birinciliyini uğurlu nəticələrlə başa vurub. Belə ki, sərbəst güləşçilərimiz İtaliyada 7 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanıb. Bu nəticəylə millimiz 153 xal toplayaraq komanda hesabında Avropa ikincisi olub. Rusiya 190 xalla birinci, Gürcüstan isə 140 xalla üçüncü yeri tutub.
Qeyd edək ki, yığmamızın heyətində Sabir Cəfərov (60 kq) Avropa çempionu olub. Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) isə bürünc medal qazanıb.
Tehsil-press.az