Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) Tehsil-press.az-a verilən məlumata görə, son iki yarış günündə sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib. Böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
Qızıl medalı yığmamıza 55 kq çəkidə yarışan Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) isə bürünc medala layiq görülüb. Komanda hesabında 49 xal toplayan yığmamız Rusiyadan (66 xal) sonra ikinci yerdə qərarlaşıb. Türkiyə yığması 43 xalla üçüncü olub.
Tehsil-press.az