Millət vəkili məzunlarla görüşüb

Millət vəkili məzunlarla görüşüb Buzovna qəsəbəsində fəaliyyət göstərən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Məzun günü qeyd olunub.
Tədbirdə məktəbin direktoru Pərviz Həmzəyev, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İH-nin “İctimai-siyasi və hümanitar məsələlər şöbəsi”-nin müdiri Gülbala Qurbanov, Xalq artisti, quruluşçu rejisor Vaqif Əsədov, Peşə Agentliyinin nümayyəndəsi Eldəniz Rüstəmov, Xəzər rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Əliyev, məzunlar, məktəbin müllimləri, təlim ustaları, valideynlər və digər qonaqlar iştirak etdilər.
Tədbir vətənpərvərlik hisslərini təbliğ edən kompazisiya ilə başladı. Sonra məzun quruplarının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev Peşə Təhsil Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən və məktəbi bitirib Respublikamızın müxtəlif mədəniyyət və incəsənət müssisələrində çalışan keçmiş məzunların fəaliyyətlərini qeyd edərək bu ilki məzunları təbrik edərək onlara uğurlar arzu etdi.
Tədbirdə Xəzər rayon İH-nin “İctimai-siyasi və hümanitar şöbəsi”-nin müdiri Gülbala Qurbanov, Təlim ustası kinorejisor Elşən Zeynalov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Respublikasının Xalq Artisti Vaqif Əsədov, millət vəkili Rauf Əliyev çıxış etdilər. Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
Millət vəkili Rauf Əliyev çıxışında məktəbin hazırladığı kadrlara mədəniyyət və incəcənət sahələrində tələbatın ildən-ilə artdığını bildirdi. Daha sonra Mİllət vəkili məzunları təbik edərək onlara uğurlar arzu etdi.
Məktəbi müvəffəqiyyətlə bitirən və müxtəlif festivallarda fərqlənmiş məzunlara təşəkkürnamələr və diplomlar təqdim olundu. Tədbirin sonunda məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Tehsil-press.az



Oxşar xəbərlər