L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini uğurla başa vuran məzunlara şəhadətnamələrin təqdim olunması mərasimi keçirilib.
Öncə Prezident təqaüdçüsü olan şagirdlərin iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunub. Mədəniyyət naziri Əbülfəs Qarayev məzunları təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycanda ümumilikdə 212 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur. Nazir deyib: “Son dövrdə musiqi məktəblərində optimallaşma həyata keçirdik və bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Bu işi davam etdirəcəyik. Hiss edirik ki, müəllimlər işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən iki minədək şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq Prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”.
Qeyd olunub ki, təhsili fərqlənmə ilə bitirən məzunlar üçün bu şəhadətnamələr müəyyən yollar açır, onların təhsilinə, eləcə də beynəlxalq müsabiqə və festivallarda iştirakı üçün zəmin yaradır.
Sonda nazir uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim edib.

Sifai SƏFƏROVA