Təhsil naziri Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XXIII respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan konfrans dekabrın 3-4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.
Əmrə əsasən, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin oktyabrın 10-dək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim olunmasını təmin etməlidirlər. Bundan başqa, Azərbaycan Memarlıq və Memarlıq Universitetinin rektoruna konfransın yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmaq, konfransın proqram və materiallarının nəşrini təmin etmək, Elm, ali və orta ixtisas təhsil şöbəsinə isə konfransın keçirilməsi ilə əlaqədar lazımi təşkilati məsələləri həll etmək tapşırılıb.
Tehsil-press.az