Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Cümhuriyyəti – 100" adlı elmi əsərlər müsabiqəsinin keçirilməsi barədə qərar qəbul edib.
RH-nin iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müsabiqənin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil ediləcəyini bildirib. Qeyd olunub ki, məqsəd ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələn layihələrin icrasını təmin etmək və gəncləri yeni elmi araşdırmalara cəlb etməkdir.
Müsabiqənin 35 yaşa qədər gənc tədqiqatçılar arasında keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az