Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Doktorantların və gənc tədqiqatçıların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş XXII Respublika elmi konfransının açılış mərasimi keçirilib. Konfransın açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Açılış mərasimindən sonra konfrans öz işini 15 bölmədə davam etdirib. Noyabrın 23-də elmi konfransın yekun iclası keçirilib.
İclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov konfransın uğurla keçdiyini vurğulayıb və ADPU-nun rəhbərliyi adından konfrans iştirakçılarına təşəkkür edərək onlara uğurlar arzulayıb.
İclasda çıxış edən bölmə rəhbərləri konfransın yüksək səviyyədə təşkil edilməsinə görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə təşəkkür ediblər. İclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib, səmərəli müzakirələr aparılıb, dəyərli təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib. Qeyd edək ki, konfrans ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilib, media tərəfindən geniş işıqlandırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi