Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır

Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır 144 yaşını qeyd edən Milli Mətbuatımız əsasını 1875-ci iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai-maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayır. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.
Bu fikirləri Baş nazir Novruz Məmmədov öz "Twitter" səhifəsində qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi, eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti var:
"Bütün media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, onlara can sağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram".

Tehsil-press.az

Oxşar xəbərlər