Maqadana iyulda qar yağdı

Maqadana iyulda qar yağdı Rusiyanın Maqadan vilayətində iyulda qar yağıb.
Artıq avtomagistrallar, dolanbaclar tamamilə qarla örtülüb. İyulda qar yağması region üçün ilk anomal hadisədir. Sinoptiklər növbəti günlərdə qarın tədricən əriyəcəyini və gündüz temperaturun 22 dərəcə təşkil edəcəyini proqnozlaşdırıblar.
Gecələr temperatur mənfi 4 dərəcə təşkil edir. Qeyd edək ki, Maqadanda ilk qar yağışı adətən avqustun sonunda başlayır.

Tehsil-press.az

Oxşar xəbərlər