Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 26 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Gəncə Dövlət Universitetində Göygöl, Samux rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Gədəbəy, Rauf Hacıyev isə Daşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az