Braziliya Venesuelaya qarşı ilk dəfə sanksiyalar tətbiq edəcək

Braziliya Venesuelaya qarşı ilk dəfə sanksiyalar tətbiq edəcək Braziliya hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro hökumətinin yüksək vəzifəli nümayəndələrinə qarşı birtərəfli sanksiyalar tıtbiq etməyə hazırlaşır.
Hazırda Braziliyanın Xarici İşlər nazirliyi və Ədliyyə Nazirlikləri hazırda ölkə konstitusiyasının prinsipləri və məqsədlərinə zidd fəaliyyət göstərən Venesuelanın yüksək vəzifəli şəxslərinin siyahısını hazırlayırlar.
Məlumata əsasən, bu şəxslərə Braziliyaya giriş qadağan ediləcək.
Qeyd edilir ki, müvafiq sanksiyaların tətbiqi haqqında Braziliyanın xarici işlər naziri Ernestu Arauju Venesueladakı vəziyyətə dair Limada keçiriləcək konfransda bəyan edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər