Bişkekdə etiraz aksiyası keçirilir

Bişkekdə etiraz aksiyası keçirilir Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları Bişkekə doğru hərəkət etməyə başlayıb.
Eks-prezidentin tərəfdarlarının avtomobilləri Atambayevin aparıldığı paytaxta yola düşüb. Koy-Taş kəndində isə polisin kənddən çıxan maşınları mühasirəyə alınıb. Polislə Atambayevin tərəfdarları arasında xırda toqquşmalar yaşandığı bildirilir.
Xatırladaqki, Almazbek Atambayev bu gün könüllü şəkildə xüsusi xidmət orqanlarının əməkdaşlarına təslim olub.
***
Bişkekdə keçmiş prezident Almazbek Atambayevin tərəfdarlarının etiraz aksiyası başlayıb. 500-dək mitinqçi parlament binasının yerləşdiyi Ala-Too meydanına toplaşıb. Etirazçılar hazırkı prezident Sooronbəy Jaanbekovun istefasını tələb edirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaçılara qarşı gözyaşardıcı qazdan, işıq-qaz qumbaralarından istifadə ediblər.
**
Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdəki etiraz aksiyasını nəzarətə götürüb. İndiyədək xəsarət alanların olmadığı bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər