Venesuelada etiraz aksiyaları zamanı 46 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Təhsil-press.az-ın verdiyi məlumata görə,bu barədə paytaxt Karakasın Çakao rayonunun rəhbəri deyib.
"46 nəfər xəsarət alıb. Onlardan 30-u zədə alıb, 2-si yanıq xəsarəti alıb, 11-i qazdan zəhərlənib, 1-i qırma yarası alıb, 2-si isə hipertoniya", - Ramon Muçaço öz "Twitter" hesabında yazıb.
Qeyd edək ki, şənbə günü Venesuelada 160 min insanın iştirakı ilə ən böyük etiraz aksiyası keçirilib.
Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir. Hesablamalara görə, etiraz aksiyaları zamanı azı 45 nəfər həlak olub.
Təhsil-press.az